"İşçi alt qruplarda əlavə fəaliyyət və anlayışların aydınlaşdırılması üçün danışıqlarda sabaha qədər texniki fasilə verilib".
Senzor.az bildirir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak “Tvitter”də yazıb.
“Danışıqlar davam edir...”, - o əlavə edib.
Xatırladaq ki, bundan əvvəl o, nümayəndə heyətlərinin videoformatda görüşünün davam etdiyini bildirmişdi: "Tərəflər artıq mövqelərini daha dəqiq şəkildə ifadə edirlər. Ünsiyyət çətindir, amma gedir. Anlaşmazlığın səbəbi siyasi sistemlərimizin fərqliliyidir".
**13:16
Rusiya-Ukrayna danışıqlarının növbəti raundu başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də yazıb.
O, danışıqların növbəti raundunda müzakirə ediləcək məsələləri də açıqlayıb. Podolyak, atəşkəsin əldə edilməsi, qoşunların dərhal çıxarılması və təhlükəsizlik təminatları haqqında məsələlərin müzakirə ediləcəyini diqqətə çatdırıb.
**00:31
Rusiya və Ukrayna arasında aparılan danışıqlar çərçivəsində yaradılmış işçi qruplar daim fəaliyyət göstərir, martın 14-də ilkin nəticələrin çıxarılması üçün Moskva və Kiyev arasında danışıqlar aparılacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Ofis rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.
“Danışıqlar videokonfrans formatında fasiləsiz davam edir. İşçi qruplar daim işləyir. Problemlərin geniş spektri daimi diqqət tələb edir. Bazar ertəsi, martın 14-də ilkin nəticələrin yekunlaşdırılması üçün danışıqlar sessiyası keçiriləcək”, - Podolyak “Tvitter”də yazıb.
Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya və Ukrayna arasında danışıqlar martın 14-ü videoformatda davam edəcək.