Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbçilərinə müraciət edib.
"Report" bildirir ki, dövlət başçısı onlara ya hərbi əməliyyatlarda ölməyi, ya da təslim olmağı təklif edib.
"Rusiya əsgərlərinə, artıq torpaqlarımıza daxil olan və bizə qarşı döyüşməyə göndərilmək üzrə olanlara demək istəyirəm - Rusiya çağırışçıları, məni xüsusilə diqqətlə dinləyin. Rusiya zabitləri - siz artıq hər şeyi başa düşdünüz", - Zelenski deyib.
Dövlət başçısı əlavə edib ki, Rusiya hərbçiləri Ukraynadan heç nə aparmayacaqlar, ancaq ukraynalıların həyatını alacaqlar. Eyni zamanda, onlar özləri də öləcəklər.
"Nəyin xatirinə və nəyə görə ölürsünüz? Bilirəm ki, sağ qalmaq istəyirsiniz. Danışıqlarınızın ələ keçirilməsi zamanı bu müharibə, bu biabırçılıq və dövlətiniz haqqında həqiqətən nə düşündüyünüzü eşidirik", - Zelenski əlavə edib.
Onun sözlərinə görə, Rusiya hərbçilərinin öz aralarında və ailələri ilə danışıqları dinlənilir. Bunlara əsaslanaraq, onların kim olduğu barədə nəticə çıxarmaq olar.
"Ona görə də mən sizə seçim təklif edirəm. Ukrayna xalqı adından - siz bizim silahlı qüvvələrimizə təslim olsanız, sağ qalmaq şansı veririk. Sizinlə ordunuzda göstərilməyən tərzdə rəftar edəcəyik. Seçin!", - deyə Zelenski fikirlərini yekunlaşdırıb.