Zelenski Polşa, Çexiya və Sloveniyanın baş nazirləri ilə görüşdü
FOTO
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə gəlmiş Polşa, Çex Respublikası və Sloveniyanın baş nazirləri ilə görüşüb.
 
Senzor.az bildirir ki, bu barədə Ukrayna lideri “Facebook”da məlumat verib.
 
“Ukrayna üçün bu çətin zamanda Kiyevə səfəriniz dəstəyin güclü sübutudur. Biz bunu çox yüksək qiymətləndiririk”, - deyə Zelenski vurğulayıb və onların bu jestini “cəsarətli addım” adlandırıb. Qeyd edək ki, Çex Respublikasının Baş naziri Petr Fiala, Polşanın Baş naziri Mateuş Moravetski, Baş nazirin müavini Yaroslav Kaçinski və Sloveniyanın Baş naziri Janez Yanşa ötən gün Kiyevə gəliblər. 

Yeri gəlmişkən, Polşa hökumətinin başçısı Mateuş Moravetski hələ V.Zelenski ilə görüşdən əvvəl öz “Twitter” səhifəsində yazmışdı: “Məhz burada, müharibənin tüğyan etdiyi Kiyevdə tarix yazılır. Məhz burada azadlıq zülm dünyası ilə mübarizə aparır. Məhz burada bizim hər birimizin gələcəyi nizamnlanır. Aİ Ukraynanı dəstəkləyir. Bu ölkə dostlarının köməyinə arxayın ola bilər. Bu, bizim bu gün Kiyevə çatdırdığımız mesajdır”.
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.