Rusiya dünən Ukraynaya vurduğu zərbələrin sayını açıqlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov keçirdiyi növbəti brifinqdə məlumat verib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri gün ərzində Ukrayna ordusunun 128 hərbi obyektini vurub: “Onların arasında bir “Buk-M1” zenit-raket kompleksi, bir “Osa” hava hücumundan müdafiə sistemi, dörd aşkarlama və hədəf təyinatlı radar stansiyası, 4 komanda məntəqəsi, yeddi silah və sursat anbarı, 6 8 hərbi texnikanın toplanması sahəsi də var.
Gün ərzində Rusiya aerokosmik qüvvələrinin aviasiya və hava hücumundan müdafiə sistemləri tərəfindən Çerniqov vilayətində iki Ukrayna Su-25 təyyarəsi, Novaya Bıkovka rayonunda bir MiQ-29 , həmçinin dörd pilotsuz uçuş aparatı məhv edilib”.
Qeyd edilib ki, ümumilikdə, hərbi əməliyyat başlayandan indiyədək Ukraynaya məxsus 111 təyyarə, 68 helikopter, 160 pilotsuz uçan aparat (PUA), 159 zenit-raket kompleksi, 1353 tank və digər zirehli döyüş texnikası, 129 reaktiv yaylım atəşi sistemi, 493 səhra artilleriya qurğusu və minaatan məhv edilib.