
“RİA Novosti”nin məlumatına görə, Putinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı açıqlamasında deyib ki, dünyada yüz minlərlə insan bu ölkənin bombalarından dünyasını dəyişib: “Bombaları dünyada yüz minlərlə insanın ölümünə səbəb olan dövlət başçısının belə ritorikasını qəbuledilməz və bağışlanmaz hesab edirik”.
Xatırladaq ki, Bayden Ağ Evdə jurnalistlərin sorğusunu cavablandırarkən Rusiya Prezidentini “hərbi cinayətkar” hesab etdiyini bildirib.