Rusiya-Ukrayna danışıqları niyə uzanır...
PUTİN RƏSMİ KİYEVİ İTTİHAM ETDİ
Rusiya Prezidenti Vladimir Putin Kiyevi “yeni real olmayan təkliflər” irəli sürməklə danışıqların keçirilməsini uzatmağa cəhddə ittiham edib.
 

“Report” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Almaniya Kansleri Olaf Şoltsla martın 18-dəki telefon danışığında danışıb.
 
Putin Kanslerlə söhbətində Ukrayna Silahlı Qüvvələrinin Donetsk və Makeevka şəhərlərində yaşayış binalarını atəşə tutduğunu bildirib. Onun sözlərinə görə, həmin şəhərlərin atəşə tutulması nəticəsində çox sayda dinc sakin ölüb. Prezident martın 17-də Ukraynanın Mariupol şəhərindən 43 min nəfəri təxliyə etdiklərini bildirib. Vladimir Putin Rusiya və Ukrayna nümayəndə heyətlərinin videoformatda keçirilən danışıqları ilə bağlı materialları da Olaf Şoltsa təqdim edib.
 
Qeyd edək ki, martın 18-də V.Putinin Fransa Prezidenti Emmanuel Makronla da telefon danışığı olacaq.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.