Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, 1 saat 10 dəqiqə davam edən söhbətdə Moskva və Kiyev arasında danışıqların gedişatı nəzərdən keçirilib.
Kremlin mətbuat xidməti xəbər verir ki, Rusiya lideri mümkün razılaşmaların əldə olunması üçün fundamental yanaşmalarını dilə gətirib. Xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələrinin mülki şəxslərin həyatını xilas etmək üçün əlindən gələni etdiyini deyib.
Ümumilikdə, Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsinin davam etdirilməsi razılaşdırılıb.
Yelisey Sarayının yaydığı məlumata əsasən isə Fransa Prezidenti Mariupoldakı vəziyyətdən həddindən artıq narahat olduğunu bildirib və Ukraynada dərhal atəşkəs tələb edib.