
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, dövlət başçısı bu barədə “Tvitter” səhifəsində yazıb.
“Biz Ukraynadakı durumu, rus qoşunlarının ölkədən çıxarılmasını və Vatikanın vasitəçilik təşəbbüsünü müzakirə etdik. Dəstəyə görə Papa Fransiskiyə minnətdarlığımı bildirdim”, - o qeyd edib.
Ukraynanın Vatikandakı səfiri Andrey Yuraş da V.Zelenski ilə Roma Papasının telefon danışığına dair məlumat yayıb. Diplomat deyib ki, V.Zelenski Papa Fransiskini vasitəçilik üçün Ukraynaya dəvət edib.