Rusiya dəniz piyada briqadasının komandiri öldürüldü
UKRAYNALI ZABİT ONUN HAQQINDA NƏ YAZDI?
Ukrayna hərbçiləri Rusiya dəniz piyadalarının 810-cu briqadasının komandiri polkovnik Aleksey Şarovu məhv ediblər.
 
Senzor.az
yerli KİV-ə istinadən bildirir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyası Operativ qərargahının spikeri Sergey Bratçuk məlumat verib.
 
O qeyd edib ki, düşmənlər, o cümlədən Odessaya basqın etməyi planlaşdıran rus dəniz piyadaları indi Nikolayevlə Mariupol arasında “çürüyürlər”.
 
"Yaxşı xəbər var - Rusiya dəniz piyadalarının briqadasının komandiri məhv edilib", - Bratçuk bildirib.
 
O, Ukrayna Silahlı Qüvvələrinə və doğma torpaqlarını işğalçılardan qoruyan hər kəsə təşəkkür edib, qələbəyə inandığını söyləyib.

Ukrayna ordusunun zabiti Anatoli Ştefan isə özünün “Twitter” səhifəsində yazıb: “Dəniz piyadalarının Jukov ordenli 810-cu qvardiya əlahiddə briqadasının komandiri, polkovnik Aleksey Şarov Mariupolda “Təlimlərdə” “yolunu azdı”, amma indi evə düz qayıdacaq. Düşmənlərə ölüm!”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.