Azərbaycan boksçusu Avropa çempionu oldu
YIĞMA KOMANDA ÖZÜNÜN TARİXİ REKORDUNU TƏKRARLADI
Azərbaycan boksçusu Nicat Hüseynov Avropa çempionu adını qazanıb.
 
Senzor.az Azərbaycan Boks Federasiyasına istinadən bildirir ki, o, bu titula Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında qitə birinciliyində yiyələnib.
 
51 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa birinciliklərinin mükafatçısı finalda gürcüstanlı Lekso Xasayadan güclü olub. Boksçumuz rəqibini 5:0 (30:28, 29:28, 30:27, 29:28, 29:27) hesabı ilə məğlub edərək, qızıl medala layiq görülüb.
 
Qeyd edək ki, Azərbaycan qitə birinciliyində çıxışını başa vurub. Yarışa 7 boksçu ilə qatılan komandamızın 4 üzvü fəxri kürsüyə yüksəlib. Boksçularımız 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olublar. Belə ki, N.Hüseynovdan öncə Ruslan Qədirov (54 kq) 2-ci, Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) 3-cü yeri tutublar. Bununla da yığmamız Azərbaycan boks tarixinin rekordunu təkrarlayıb. Xatırladaq ki, milli komanda 10 il öncə Rusiyada keçirilən U-22-lərin Avropa çempionatında da 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmışdı.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.