
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
Sosial şəbəkələrdə bir gəminin batdığı, daha iki gəminin yandığı, onlarla birlikdə sursat anbarı və yanacaq çənlərinin də məhv edildiyi yazılıb.
“Daha iki gəmi zədələnib, 3000 tonluq yanacaq çəni məhv edilib. Yanğın düşmənin sursat anbarına da keçib”, - deyə məlumatda bildirilir.

