Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin göstərişi ilə ilk tam hüquqlu hərbi əsir mübadiləsi həyata keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk məlumat verib.
O, qeyd edib ki, Ukrayna Rusiyanın əsir götürdüyü 10 hərbçisini eyni sayda əsgərlə dəyişdirib.
“Bu gün, həmçinin Odessa yaxınlığında batmış gəmidən xilas etdiyimiz 11 rusiyalı mülki dənizçini Rusiya tərəfinə göndərdik. Bu mübadilə nəticəsində Zmeyinı adası yaxınlığında əsir götürülmüş “Sapfir” gəmisinin 19 ukraynalı mülki dənizçisini də geri aldıq”, - deyə o bildirib.
Nazir qeyd edib ki, “Sapfir” xilasedici gəmisi də tezliklə Ukraynaya qaytarılaraq Türkiyə limanına çatdırılacaq.