Bizim üçün ən vacib olanı ilk növbədə demokratiyamızın vahidliyini qorumaq və hərbi cinayətkarın əli ilə baş verən dağıntıları dayandırmaq üçün səylərimizi davam etdirməkdir.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bunları Polşada səfərdə olan ABŞ Prezidenti Co Bayden deyib.
Ağ Ev rəhbəri Putini yenidən “hərbi cinayətkar” adlandırıb və bildirib ki, onun bu qiymətləndirməsi hüquqi dəyərləndirmədən elə də fərqlənməyəcək.
Qeyd edək ki, ABŞ rəhbəri Putin barədə eyni ifadəni ilk dəfə martın 17-də səsləndirmişdi.
Yeri gəlmişkən, Polşaya səfəri çərçivəsində ABŞ Prezidenti Co Bayden bu ölkədə xidmət aparan ABŞ əsgərləri ilə görüşüb. Görüş Ukrayna sərhədindən 80 km məsafədə yerləşən Jeşuv şəhərindəki hərbi hissədə baş tutub.
Burada ABŞ-ın Əfqanıstandan çıxarılmış aviabazası yerləşir. Hazırda Polşada 10 500 nəfərlik ABŞ kontingenti xidmət aparır.