
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin (MTMX) katibi Oleksiy Danilov birgə informasiya marafonunun efirində deyib.
“Bilirsiniz, hərbçilərimizin sayəsində vəziyyət sabitləşib. Bu gün bəzi bölgələrdə əks hücuma keçirik. Üstəlik, bu əks-hücum tamamilə məhsuldardır. Söhbət Kiyev vilayəti ərazisindəki yaşayış məntəqələrinin azad edilməsindən gedir. Bu gün Xarkov vilayətində baş verənlərlə bağlı aydın anlayış var”, - deyə MTMX katibi vurğulayıb.