
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Putinə “qəssab” deyən Baydeni “xəstə” adlandırıb.
“ABŞ vətəndaşları prezidentlərindən utanmalıdır. Ola bilsin ki, Bayden xəstədir, müalicə olunsa yaxşı olar. O, bədbəxt adamdır”, - Volodin vurğulayıb.
Qeyd edək ki, Polşada səfərdə olan ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini bu dəfə “qəssab” adlandırıb.