“Rus hərbçiləri yanacağı spirtli içkiyə dəyişirlər”
UKRAYNA BAŞ QƏRARGAHI
Rusiya hərbçiləri Belarus ərazisində olarkən yanacaq və ərzaq məhsullarını satır və ya spirtli içki ilə dəyişdirirlər.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sonuncu operativ məlumatında belə deyilir.
 
Qeyd olunur ki, Rusiya hərbi karvanlarının Belarus ərazisindəki hərəkət marşrutları boyunca hərbi qulluqçular tərəfindən yanacaq və azuqələrin satılması, habelə onların spirtli içkilərə dəyişdirilməsi faktları var.
 
Baş Qərargah Rusiya qoşunlarının mənəvi-psixoloji durumunu aşağı qiymətləndirir.
 
Məlumatda o da qeyd olunur ki, ölkənin Donetsk və Luqansk vilayətlərində Rusiya qüvvələrinin 7 hücumu dəf edilib. Nəticədə qarşı tərəfin 8 tankı, 8 zirehli texnikası və 3 avtomobili məhv edilib.
 
Bundan başqa, Ukrayna Hərbi Hava Qüvvələri ötən gün 1 təyyarə, 12 müxtəlif tipli PUA və 2 qanadlı raketi vurub.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.