Martın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində Almatı şəhərində bu ölkənin Parlamenti Senatının sədri Maulen Aşımbayev ilə görüşüb.
Senzor.az Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, Maulen Aşımbayev ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib. Azərbaycanın Qazaxıstan üçün çox mühüm və etibarlı tərəfdaş olduğunu diqqətə çatdıran M.Aşımbayev xalqlarımızın oxşar tarixə malik olduğunu, müstəqillik illərində münasibətlərin böyük inkişaf yolu keçdiyini vurğulayıb.
İki ölkə arasında münasibətlərin inkişafına qanunverici orqanların özünəməxsus töhfələr verdiyini söyləyən Qazaxıstan Parlamenti Senatının sədri parlamentlər arasında əlaqələrin inkişafının qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Azərbaycan xalqını Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində Vətən müharibəsində qazandığı şanlı Qələbə və ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrik edən qazaxıstanlı parlamentari bu Zəfərin bütün türk dünyasının qələbəsi olduğunu bildirib. Senatın sədri, həmçinin işğaldan azad olunmuş ərazilərin bərpası məsələsində Qazaxıstanın istənilən dəstəyi göstərməyə hazır olduğunu qeyd edib.
Görüşdə Maulen Aşımbayev bu ilin yanvarında ölkəsində baş vermiş faciəvi hadisələr barədə məlumat verərək, göstərilən dəstəyə görə Azərbaycan xalqına minnətdarlığını ifadə edib.
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Respublikası Parlamenti Senatının sədri ilə bundan əvvəl keçirdiyi görüşləri xatırladaraq, aparılan danışıqların qanunverici orqanlarımız arasında münasibətlərin dərinləşməsinə töhfə verdiyini bildirib. O, parlamentlərin ölkələrimiz arasında münasibətlərdə körpü rolunu oynadığını qeyd edərək, qanunverici orqanlarımız arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. S.Qafarova Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi üçün böyük imkanlar yaradan TÜRKPA çərçivəsində qarşılıqlı fəaliyyəti xüsusi qeyd edib.
Milli Məclisin sədri deyib ki, xalqlarımızı ortaq tarix, mədəni və mənəvi dəyərlər birləşdirir. Müstəqillik illərində isə ölkələrimiz arasında münasibətlər daha da dərinləşib. Onun sözlərinə görə, hazırda münasibətlərin hərtərəfli inkişafına dair möhkəm hüquqi baza mövcuddur.
Görüşdə Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə və regionda yaranmış yeni reallıq barədə də məlumat verərək bildirib ki, Azərbaycan bu qələbə sayəsində ərazi bütövlüyünü bərpa edib və işğala son qoyub. Artıq Ermənistanla Azərbaycan arasında münaqişə mövcud deyil. Ölkəmiz hazırda işğaldan azad etdiyi ərazilərinin bərpasını həyata keçirir.
Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan regionda daimi sülh və sabitliyin təmin olunmasını istəyir. Ölkəmizin bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayan Milli Məclisin sədri ölkəmizin özünün də ərazi bütövlüyünə və suverenliyinə hörmət olunmasını tələb etdiyini vurğulayıb.
Rəsmi İrəvanın yenə də təxribatlarını davam etdirdiyini diqqətə çatdıran Sahibə Qafarovanın sözlərinə görə, üçtərəfli Bəyanatın dördüncü bəndinə əsasən, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ərazilərindən tam olaraq çıxarılmalıdır. Lakin təəssüf ki, onlar bu günə qədər bu öhdəliklərini yerinə yetirməyiblər. Əksinə, son dövrlərdə qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribatları daha da artırıb. Milli Məclisin sədri deyib ki, Ermənistan regionda yeni reallığı düzgün qiymətləndirməli, sülh və sabitliyin bərqərar olması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.
Sahibə Qafarova xatırladıb ki, bu ilin yanvar ayında Qazaxıstanda baş verən faciəvi hadisələr Azərbaycanda da narahatlıqla izlənilib və həmin hadisələrin artıq geridə qaldığını, qazax xalqının bütün çətinliklərin öhdəsindən gələcəyinə inamını ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.