
“Report” xəbər verir ki, bunu Böyük Britaniyaın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq bildirib.
“Rusiya qüvvələri məhdud sayda bölmələrin çıxarılmasına baxmayaraq, Kiyevin şərqində və qərbində mövqelərini saxlamağa davam edir. Yaxın günlərdə şəhərin kənarında şiddətli döyüşlərin baş verəcəyi ehtimal edilir.
Rusiya qüvvələrinin əsas hədəfi olan Mariupolda şiddətli döyüşlər gedir, lakin Ukrayna qüvvələri şəhərin mərkəzini nəzarətdə saxlayırlar”, - məlumatda vurğulanıb.