

Senzor.az bildirir ki, bunları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Humanitar minatəmizləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
"Bizim əsas məqsədimiz məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz şəkildə qaytarılmasıdır. Əlbəttə ki, bu işin sürəti ərazilərin minalardan təmizlənməsindən asılıdır. Azərbaycan hökuməti bunun üçün səylərini əsirgəmir", - o vurğulayıb.
Prezidentin köməkçisi xatırladıb ki, Azərbaycan Ermənistandan mina xəritələrini alıb, amma onların dəqiqlik səviyyəsi yalnız 25 faizdir.
H.Hacıyev qeyd edib ki, beynəlxalq fondlar minatəmizləmə işinə töhfə verməlidirlər: “Bunun üçün Azərbaycan unikal model təqdim edir. Biz minalardan təmizlənmiş ölkə modeli təqdim etmək istəyirik. Bu konfrans minalardan təmizlənmənin maliyyələşməsi və innovasiyaların tətbiqi üçün platforma ola bilər. Azərbaycan bu sahədə qlobal fondun yaradılmasını təklif edir”.