
“Report” xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatlarına əsasən yaydığı məlumatda belə deyilir.
“Rusiya qüvvələrinin münaqişənin ilk günündən döyüşlərə məruz qalan Qostomel hava limanından geri çəkildiyi bildirilir. Şərq istiqamətində Ukrayna bir neçə kəndi azad edib.
Ölkənin şərqində Ukrayna qüvvələri ağır döyüşlərdən sonra şərqi Xarkovdə əsas marşruta nəzarəti bərpa edib. Bu, cari həftənin əvvəlində Sumı yaxınlığındakı Trostyanets şəhərinin azad edilməsindən sonra baş verib”, - nazirlikdən bildirilib.