
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
"İrpen, Buça, Qostomel və bütün Kiyev bölgəsi işğalçıdan azad edilib", - Malyar “feysbuk” səhifəsində bildirib.
Qeyd edilir ki, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Buçada təmizləmə əməliyyatına başlayıblar. Təhlükəsizlik qüvvələri və partlayıcı maddələr üzrə ekspertlər Rusiya hərbçilərinin qoyub getdikləri bütün “sürprizləri” tapmaq üçün hər bir həyəti yoxlayacaqlar.