"Roskosmos"un baş direktoru Dmitri Roqozin NATO-nun yarandığı gün diqqətçəkən fikirlər səsləndirib.
AzVision.az xəbər verir ki, o, Alyansın dünya üçün əsas təhlükə olduğunu deyib və NATO üzvlərinə Rusiyanın onları kosmosdan izlədiyini xatırladıb.
“Bu gün - 4 aprel 1949-cu ildə on iki ölkənin (Belçika, Böyük Britaniya, Danimarka, İslandiya, İtaliya, Kanada, Lüksemburq, Hollandiya, Norveç, Portuqaliya, ABŞ, Fransa) nümayəndələri Şimali Atlantika Müqaviləsi imzaladılar. NATO - İkinci Dünya Müharibəsindən sağ çıxan bütün dünya üçün əsas təhlükə belə yarandı. Mən istərdim ki, Brüsseldəki köhnə tanışlarım, xüsusən də Stoltenberq (NATO-nun baş katibi Yens - red.) NATO-nun ad günündə "Roskosmos"un kosmik aparatının peyk görüntüsündən istifadə edərək öz ofislərinə baxıb heyran olsunlar. Uşaqlar, biz sizi izləyirik. Yadda saxlayın!”, - deyə Roqozin sosial şəbəkələrdə paylaşım edib.
O, statusuna Alyansın Brüsseldəki qərargahının Rusiyanın “Resurs-P” peyki tərəfindən çəkilmiş fotosunu da əlavə edib.