ABŞ və ya hər hansı digər NATO ölkəsi Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək. Çünki bu, vəziyyətin qaçılmaz şəkildə gərginləşməsinə və ən azı nüvə zərbələri təhlükəsinə gətirib çıxarar.
Bu sözləri Rusiyanın tanınmış hərbi eksperti, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko axar.az-a açıqlamasında deyib.
“Çox güman ki, rus əsgərlərinin dinc sakinləri öldürdüyü iddia edilən Buça kəndində baş verənlərlə bağlı səhnələşdirilmiş videomaterialları Qərb mediasına ötürən Ukrayna tətbiq edilmiş sanksiyaların sərtləşdirilməsinə çalışacaq. Bu birincidir. İkincisi, Qərb antirusiya sanksiyalarına qoşulmayan dövlətlərə təzyiq göstərəcək. Üçüncüsü, Ukrayna ordusu üçün silahların, hərbi texnikanın, o cümlədən ən ölümcül silah növlərinin tədarükünün miqyası artırılacaq”, - Korotçenko bildirib.
Videomaterialın özünə gəlincə, ekspert qeyd edib ki, bu, aşkar təxribatdır: “Oxşar addımlar ABŞ tərəfindən artıq edilib. “Ağ toz”la bağlı hadisəni xatırlatmaq kifayətdir. Bu sınaq borusunu BMT-də keçirilən iclasda ABŞ Dövlət katibi Kolin Pauel səsləndirib. O bildirib ki, bu, Səddam Hüseynin bioloji silahıdır. İçərisində, sonradan məlum olduğu kimi, adi yuyucu toz idi. Sonra bu, İraq Prezidentinin kimyəvi silahların gizli hazırlanmasında günahının “dəmir” sübutu və bu ölkəyə təcavüzün səbəbi oldu. Səddam Hüseyn edam edildi, amma kimyəvi silahlar heç vaxt tapılmadı. İndi Qərbdə heç kim bu materialların həqiqiliyinə dair sual qaldırmayacaq, obyektiv araşdırma aparmayacaq. Bu, Qərbə Rusiyanı daha da iblisləşdirmək və sanksiyalar təzyiqini gücləndirmək üçün lazım idi”.
Onun sözlərinə görə, belə bir vəziyyətdə Rusiya tərəfdaşlarının dəstəyinə arxalana bilər:
“Biz Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinə dair imzalanmış müvafiq bəyannamədən xəbərdarıq. Bu bəyannamədə qeyd olunan məqamların həyata keçiriləcəyini gözləyirik. Mehriban qonşuluq münasibətləri haqqında sənədin imzalanması faktının özü əminlik yaradır ki, siyasi konyunkturaya baxmayaraq, Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər bəyannamədə müəyyən edilmiş istiqamətlərə uyğun inkişaf edəcək”.