
Azvision.az bildirir ki, Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov keçirdiyi brifinqdə deyib ki, ötən gecə Aerokosmik Qüvvələrin operativ-taktiki aviasiyası və Rusiya Silahlı Qüvvələrinin raket qoşunları Ukraynanın 24 hərbi obyektini məhv edib.
Onların arasında "Osa-AKM" zenit-raket kompleksi, beş logistik anbar, həmçinin 11 istehkam və Ukrayna qoşunlarının hərbi texnikasının cəmləşdiyi ərazilər də var.
"400-dən çox PUA, 2000-ə yaxın tank vurmuşuq" deyən rusiyalı general Konaşenkov qeyd edib ki, yüksək dəqiqlikli hava və yerüstü raketlər Radexov, Kazatin, Prosyanaya, Nikolayev və Novomoskovsk yaşayış məntəqələri ərazilərində beş yanacaq-sürtkü bazasını məhv edib. Bu anbarlar Xarkov, Nikolayev və Donbas vilayətlərindəki Ukrayna hərbçilərinin qruplarını yanacaqla təmin edirmiş.
Bundan başqa, hava hücumundan müdafiə sistemləri Berdyansk, Qornyak, Uvanski və Çernobaevka rayonlarında havada 4 pilotsuz uçan aparatı vurub.
??? Rusiyanın Müdafi Nazirliyi səsdən sürətli "Oniks" raketləri ilə Ukrayna Ordusunun yanacaq bazalarına endirilən zərbələrin kadrlarını yayıb. Raketlər Qara dənizin sahilindəki "Bastion" komplekslərindən buraxılıblar.
t.me/Azvisionaz/7358263views
Ümumilikdə isə xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri Ukraynanın 125 təyyarəsi, 93 helikopteri və 407 pilotsuz uçuş aparatını zərərsizləşdirib. Həmçinin 227 zenit-raket kompleksi, 1981 tank və digər zirehli döyüş maşını, 215 reaktiv yaylım atəşi sistemi, 854 səhra artilleriya və minaatan, 1882 xüsusi təyinatlı maşın sıradan çıxarılıb.