
APA xəbər verir ki, Pentaqon rəhbəri bunu Senatda keçirilən dinləmələrdə çıxış edərkən deyib.
O, fevralın ortalarından dialoqun davam etdirilməsini təmin etmək məqsədilə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley ilə birgə müntəzəm olaraq Rusiyadakı həmkarları ilə əlaqə saxlamağa cəhd etdiklərini vurğulayıb.
Müdafiə naziri əlavə edib ki, bu məsələdə çox böyük irəliləyiş əldə edə bilməyiblər.
“Çünki ruslar cavab vermir”, - Lloyd Ostin qeyd edib.