İranda sərhədçilərlə qaçaqmalçılar arasında silahlı toqquşma – İKİ NƏFƏR YARALANDI VƏ HƏBS OLUNDU
İranın Xuzistan vilayətində sərhədçilərlə silah qaçaqmalçıları arasında toqquşma baş verib.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı İran Sərhəd Qoşunlarının komandiri Əhmədəli Güdərzi verib. 
 
O qeyd edib ki, daxil olan operativ məlumata əsasən sərhədçilər Hur əl-Əzm sərhəd bölgəsində qanunsuz yollarla İrana silah keçirməyə cəhd edənlərin qarşısını alıblar.
 
Əməliyyat zamanı silah qaçaqmalçıları sərhədçilərə atəş açıblar. Silahlı toqquşma zamanı 2 silah qaçaqmalçısı yaralanaraq həbs edilib.
 
Ə.Güdərzinin verdiyi məlumata görə, qaçaqmalçılardan 1 qayıq, 30 avtomat, 1 tapança və 60 ədəd döyüş xəncəri götürülüb. Hazırda istintaq aparılır və qaçaqmalçıların əlaqədə olduğu adamlar axtarılır.
 
Qeyd edək ki, İranın Xuzistan vilayəti Fars körfəzi sahillərində yerləşir və qaçaqmalçılar qanunsuz olaraq dəniz vasitəsilə ölkəyə soxulmağa çalışıblar.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.