Rusiya qoşunlarının Donbasa hücumunun birinci mərhələsi artıq başlayıb, ikinci mərhələ üçün əlavə qüvvələrin gəlməsi gözlənilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç məlumat verib.
O, Rusiyanın şimaldan və cənubdan eyni vaxtda hücum əməliyyatı keçirməyə çalışacağını vurğulayıb.
Bundan əvvəl Oleksiy Arestoviç qeyd edib ki, yaxın iki həftə ərzində Donbasda ağır döyüşlər aparılacaq və bu, müharibənin növbəti mərhələsinin taleyini müəyyən edəcək.