Rusiyanın hərbi müdaxiləsi zamanı Ukraynaya prinsipial dəstək verən ölkələrin önündə gedən, Kiyevə son səfəri ilə isə əsl əfsanəyə çevrilən Böyük Britaniyanın Baş naziri Boris Сonson ölkəsində parlaq və ekssentrik siyasətçi kimi tanınır. Adı bir neçə dəfə qalmaqallarda və içki məclislərində hallanan Boris Consunun olduqca zəngin və maraqlı şəcərəsi (elmi dildə adı qneseoloji cədvəl) var. Britaniyalı jurnalistlər onun xarakterinin qeyri-ordinarlığının səbəblərindən biri kimi məhz qarışıq mənşəli olmasını göstərirlər.
Teleqraf.com-un əməkdaşı Səxavət Həmid bu günlərdə Boris Consonun kimliyini və onun rus adının haradan gəldiyini araşdırıb. Və məlum olub ki...
Boris Consonun rus adı haradan gəlir?
Boris Conson 19 iyun 1964-cü ildə Nyu-Yorkda anadan olub. Onun tam adı Aleksandr Boris de Pfeffel Consondur, lakin hamı onu Boris Conson kimi tanıyır. Baş nazirin adını birinci hecaya vurğu ilə tələffüz etmək adətdir, lakin siyasətçi özü-özünü Borİs adlandırır. Böyük Britaniyanın gələcək baş nazirinə valideynlərinin Meksikada tanış olduğu rus emiqrantın şərəfinə rus adı verilib. Həmin rus mühacirin məhz kim olduğu dəqiqləşdirilməyib.
Boris Consonun zəngin nəslinin olması doğrudurmu?
Bəli. Onun ata tərəfdən ulu nənəsi Hənifə Fərəd çərkəz olub. Bioqraflar onun Qafqaz müharibəsi zamanı Osmanlı imperiyasına köçdüyünü və orada qul vəziyyətinə düşdüyünü yazırlar. Siyasətçinin ulu babası çərkəz qadının gözəlliyinə heyran olub və onun azadlığı üçün çoxlu pul verib, daha sonra onunla evlənib.
Siyasətçinin ata tərəfdən ulu babası isə türkiyəli jurnalist Əli Kamaldır. Əli Kamal bir müddət Əhməd Okday (Osmanlı imperiyasının sonuncu Böyük Vəziri) hökumətində daxili işlər naziri olub. Borisin ulu babası vəzifədə olarkən Kamal Atatürkün (sonradan Türkiyə Respublikasının ilk Prezidenti olub-S.Həmid) həbs edilməsi əmrini verib. Lakin Atatürk hakimiyyətə gəldikdən sonra Əli Kamal edam edilib. Beləliklə, onun doğma oğlu Osman Əli (Borisin babası) Böyük Britaniyaya qaçaraq ingilis ad və soyadını – Vilfred Conson-u götürüb.
İkinci “Pfeffel” soyadının mənşəyinin də ayrıca hekayəsi var. Onu siyasətçinin ulu nənəsi, baronessa Mariya-Luiza fon Pfeffel daşıyıb. O, məşhur şahmatçı Arni-Riverunun nəvəsi idi.
Consonun yəhudi kökləri
Boris Consonun yəhudi kökləri də var. Onun ana tərəfdən ulu babası amerikalı-paleoqraf olub. Onun adı Elias Every Levi idi. O, Rusiya imperiyasının Kalvariya şəhərində (Litvada Mariyampol qəzasında şəhər) yəhudi ailəsində anadan olub.
Conson özü özünü kral II Georqun uzaq nəslindən hesab edir.
“Mən Britaniyada yeni məskunlaşan mühacirlərin nəslindən olduğumu düşünürdüm və onuncu nəsildəki əcdadının II Georq olduğunu öyrənmək çox qəribə, sürreal hissdir”, - Conson bir dəfə mediaya şərhində bildirmişdi.
“Forbes”in məlumatına görə, Boris Conson həmçinin, Romanovlar sülaləsinin uzaq qohumudur.