11 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı olub.Xarici İşlər Nazirliyindən senzor.az-a verilən məlumata görə, tərəflər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə, humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.