Ermənistan parlamentində qalmaqal - “SEPARATÇILARIN BAYRAĞI” TRİBUNADAN ÇIXARILDI
VİDEO
Bu gün Ermənistan parlamenti özünün növbəti dörd günlük plenar iclasına start verib.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iclas qalmaqalla başlayıb. Belə ki, “Hayastan” fraksiyasının lideri, keçmiş müdafiə naziri Seyran Ohanyan toplantının əvvəlində tribunaya çıxaraq, müxalifətin iclası boykot etdiyini söyləyib.
 
S.Ohanyan deyib ki, müxalifətdə olan “Hayastan” və “Mənim şərəfim var” fraksiyalarından olan deputatlar parlamentin plenar iclaslarına qatılmamağı qərara alıblar.
 
O bunu hakimiyyətin Qarabağ ermənilərinə biganə münasibəti ilə əlaqələndirib. S.Ohanyan deyib ki, hakimiyyət müxalifətin Qarabağla bağlı dinləmələrin keçirilməsi təkliflərini qulaqardına vurmaqla hansı yolu tutduğunu nümayiş etdirir.
 
Ohanyanın fikrincə, indiki Ermənistan hakimiyyəti ölkəni növbəti dəfə məğlubiyyətə, alçaldılmağa, suverenliyin itirilməsinə, “Qarabağ problem”nin daha da pisləşməsinə aparır.
 
Eks-nazir daha sonra “Qarabağ separatçılarının bayrağı”nı parlamentin tribunasından asaraq deyib: “Biz iclaslarda iştirak etmək əvəzinə Qarabağa və Ermənistanın sərhədyanı rayonlarına gedəcəyik”.
 
Eks-nazirin bəyanatı və “Qarabağ separatçılarının bayrağı”nı tribunaya gətirməsi hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatların etirazına səbəb olub.
 
Hakim partiyanı təmsil edən deputat Vaaqn Aleksanyan  tribunaya çıxaraq “separatçıların bayrağı”nı oradan götürüb. O, daha sonra keçmiş müdafiə naziri Seyran Ohanyanı ara qarışdırmaqda ittiham edib.
 
Onun sözlərinə görə, müxalifət nümayəndələri 30 il hakimiyyətdə olduqları müddətdə yalnız bir işlə - “ölkəni soymaq”la məşğul olublar.
 
Vahan Aleksanyana cavab verən Seyran Ohanyan isə bildirib ki, belə bir şəraitdə hakim çoxluqdan olan deputat Ermənistan parlamentinin tribunasından “Qarabağ bayrağı”nı çıxarırsa, bu, onu deməyə əsas verir ki, hakimiyyət Qarabağdan əlini üzüb.
 
 
Yerli media bu gün baş verənləri müxalifətlə hakimiyyət arasında yeni qalmaqal kimi qiymətləndirib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.