
Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Görüşdən əvvəl nümayəndə heyəti “Yangi Özbəkistan” parkına gələrək Müstəqillik Abidəsinin önünə əklil qoyub.

K.Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını ifadə edərək tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin siyasi iradələri ilə reallaşan mühüm əhəmiyyətli strateji layihələrin ölkələrimizi daha da yaxınlaşdıracağı, xalqlarımızın rifahına xidmət göstərəcəyini xüsusi olaraq vurğulanıb.

N.Yuldaşev ölkəmizi möhtəşəm qələbə münasibətilə təbrik edərək Azərbaycanın ərazi bütövlüyünün bərpasının bütövlükdə region üçün əhəmiyyətini vurğulayıb.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Daha sonra nümayədə heyəti Özbəkistan Baş Prokurorluğunun Akademiyası və Tarix muzeyi ilə tanış olub.
Görüşdə ölkəmizin Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev iştirak edib.
Nümayəndə heyətinin səfəri davam edir.