
Senzor.az bildirir ki, bu barədə Baş nazirin müavini - müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk öz “Telegram” kanalında məlumat verib.
Məlumata görə, 22-si hərbçi (5 zabit, 17 siravi əsgər) və 8-i mülki şəxs olmaqla, ümumilikdə 30 şəxs geri qaytarılıb. Onlardan birinin qadın olduğu bildirilir.
Qeyd edək ki, bu, tərəflər arasında sayca dördüncü əsir mübadiləsidir.