NATO-nun xüsusi xidmət orqanları Rusiya hərbçilərinin telefonlarını necə dinləyir?
“KRASNAYA ZVEZDA” DETALLARI AÇIQLADI
Rusiya Müdafiə Nazirliyi Radioelektron Mübarizə qoşunlarının rəhbəri, general-leytenant Yuri Lastoçkin mobil telefonların NATO ölkələrinin xüsusi xidmət orqanları tərəfindən dinlənildiyini açıqlayıb.
 
Bu barədə “Krasnaya Zvezda” qəzeti məlumat yayıb.
 
O, qeyd edib ki, NATO-ya üzv ölkələrin kəşfiyyat qurumları aktiv şəkildə mobil abunəçilərin danışıqlarına qoşulur, söhbətləri dinləyir və lazım gəldikdə onları bloklayır.
 
"Xarici kəşfiyyat mütəxəssisləri yalan məlumatlar göndərməklə dezinformasiya (abunəçilərə - red.) vermək imkanı əldə edirlər", - o deyib.
 
Generalın sözlərinə görə, Şimali Atlantika Alyansı ölkələrinin xüsusi xidmət orqanları bu məqsədlə yalançı baza stansiyalarından istifadə edir.
 
Lastoçkin qeyd edib ki, alimlər problemin həllinə qoşulublar. Onlar abunəçilərin məlumatlarına icazəsiz girişin qarşısını almaq üçün sistem yaradıblar. Mütəxəssislər saxta baza stansiyası tapa və məlumat sızmasının texniki kanalını bloklaya bilərlər.
 
Bu əməliyyatlardan sonra mobil operatorun qanuni baza stansiyası ilə əlaqə bərpa olunur. O cümlədən 2G, 3G və 4G siqnalları bərpa edilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.