
Senzor.az bildirir ki, bunu CNN telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenskinin fikrincə, Rusiya Prezidenti Vladimir Putin nüvə və ya kimyəvi silahdan istifadəyə əl ata bilər.
“Tək mən yox, bütün dünya, bütün ölkələr narahat olmalıdır. Çünki bu, real məlumat olmaya, lakin həqiqətə çevrilə bilər. Biz düşünməliyik, qorxmamalıyıq, amma hazır olmalıyıq”, - deyə Zelenski bəyan edib.