
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
“Rusiyanın hava hücumundan müdafiə sistemləri Odessa vilayətində Ukraynaya məxsus Qərb ölkələrinin tədarük etdiyi silahların böyük partiyasını çatdıran hərbi nəqliyyat təyyarəsini havada vurub. Bundan əlavə, Lozovaya və Veselaya yaşayış məntəqələri üzərində iki Ukrayna pilotsuz uçuş aparatı vurulub", - Rusiya MN sözçüsü vurğulayıb.