“Biz Rusiya Federasiyası ilə 10 il mübarizə apara bilərik”.
Senzor.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodmir Zelenski CNN telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Kiyev Moskva ilə diplomatik dialoqa hazırdır, lakin belə bir söhbət Rusiyanın ultimatumlarına əsaslanmamalıdır.
"Belə bir söhbət nə qədər tez başlasa, bir o qədər az adam öləcək. Şanslar hər gün azalır. Buça, Volnovaxa, Borodyanka, Mariupol haqqında düşünün. Elə vaxt gəlir ki, heç kim danışmaq istəmir. Cəmiyyətimiz danışıqları davam etdirməyimizi istəmir", - Zelenski qeyd edib.
V.Zelenski müsahibədə ABŞ Prezidenti Cozef Baydenin Ukraynaya səfəri ehtimalına da münasibət bildirib.
“ABŞ liderinin səfəri təhlükəsizlik şəraitindən asılıdır. Bu, əlbəttə, onun qərarıdır. Amma hesab edirəm ki, o, Rusiyanın törətdiyi vəhşilikləri öz gözləri ilə görmək üçün Ukraynaya gələcək”, - deyə V.Zelenski bildirib.
Ukrayna lideri, həmçinin fransalı həmkarı Emmanuel Makronu Kiyevə dəvət edib: “Mən Rusiyanın törətdiyi vəhşilikləri şəxsən görmək üçün onu Ukraynaya dəvət edirəm. Bu səfər Fransa Prezidentinin Ukrayna xalqının soyqırımı ilə bağlı mövqeyini dəyişəcək”.
Qeyd edək ki, bir müddət əvvəl Fransa Prezidenti Ukraynada baş verənləri soyqırımı kimi qiymətləndirsə də, sonradan bu fikirlərindən imtina etdi.