“Bu günlərdə Zelenski üçün hər şey bitəcək. Bizim on il döyüşməyə vaxtımız yoxdur”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Prezidenti Volodimir Zelenskinin CNN telekanalına müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
"Burada oxudum ki, Zelenski on il döyüşməyə hazır olduğunu bəyan edib. Ay axmaq, sən nəsən? O qədər vaxtımız yoxdur, bu günlərdə səni bitirəcəyik. Məncə, səndə şizofreniya var. Sən son günlərini yaşayırsan”,- deyə Kadırov Ukrayna Prezidenti barədə təhqir və təhdid dolu sözlər işlədib.
Qeyd edək ki, Prezident Volodimir Zelenski həmin müsahibəsində Rusiyaya qarşı daha 10 il mübarizə aparmaq iqtidarında olduqlarını söyləyib.