
Senzor.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə XİN başçısının paytaxt Montevideoya rəsmi səfəri çərçivəsində oradakı Türkiyə səfirliyinin açılışından sonra qeydə alınıb. Belə ki, bir qrup erməni səfirliyin qarşısındakı parka toplaşaraq Türkiyə və Azərbaycan əleyhinə şüarlar səsləndirib.
Türkiyənin XİN başçısı isə şüar səsləndirən ermənilərə “Bozqurd” işarəsi ilə cavab verib.