
“Report” bildirir ki, iştirakçılar Türkiyəni sözdə “soyqırımını” tanımağa çağırıblar.
Polis aksiya zamanı ictimai asayişi təmin edib, heç bir insident baş verməyib.
Qeyd edək ki, aksiyada Azərbaycan və Türkiyə əleyhinə olan plakatlar, həmçinin tarixə qovuşmuş qondarma rejimin “bayraq”ları ölkəmizin Gürcüstandakı səfirliyinin məsələyə çevik müdaxiləsindən sonra yığışdırılıb.
Belə ki, diplomatik nümayəndəliyimiz Gürcüstanın aidiyyəti dövlət qurumlarını ermənilərin təxribatçı hərəkətləri barədə dərhal məlumatlandırıb. Bəzi aksiya iştirakçıları təxribatlarını davam etdirərək endirilən bayraqları çiyinlərində gəzdiriblər.


Ermənilərin Tbilisidə keçirdiyi aksiya-yürüş Türkiyə səfirliyinin binası yaxınlığında davam edir.
“Report” xəbər verir ki, diplomatik korpusun binasına yaxınlaşan aksiyaçılar polisin göstərişi ilə vaxtilə Azərbaycanın işğal altında saxlanılan ərazilərində mövcud olmuş qondarma rejimin "bayraq"larını, üzərində Azərbaycan və Türkiyə əleyhinə yazılar olan plakatı yığışdırıblar.
Əraziyə cəlb olunan əlavə polis əməkdaşları səfirliyin ətrafında təhlükəsizlik tədbirlərini gücləndiriblər.



“Report” xəbər verir ki, Gürcüstanın erməni icması üzvlərinin təşkil etdiyi aksiya Filarmoniya binasının qarşısında başlayıb.
Ermənilər ötən il olduğu kimi, bu il də Azərbaycan və Türkiyəyə qarşı təxribata əl atıblar. Belə ki, iştirakçılar Gürcüstan və Ermənistan bayraqları ilə yanaşı vaxtilə Azərbaycanın işğal altında saxlanılan ərazilərində yaradılmış separatçı rejimin “bayrağı”nı da tutublar.
Bununla yanaşı, Türkiyənin ən hündür dağı olan Ağrı dağın təsviri olduğu və ingilis dilində “Ararat Ermənistanın ən hündür dağıdır” sözlərinin yazıldığı plakat da qaldırılıb.
Əraziyə polis əməkdaşları cəlb olunub.
Aksiya Türkiyənin Gürcüstandakı səfirliyinin binasına qədər yürüşlə davam etdiriləcək.

