Milli Birlik Partiyasının namizədi Marin Le Pen Fransada keçirilən prezident seçkilərinin ikinci turunda məğlub olduğunu etiraf edib.
Yerli KİV-in məlumatına görə, Le Pen seçki məntəqələri bağlandıqdan sonra ictimaiyyətə açıqlanan prezident seçkilərinin ikinci turunun ilkin nəticələrini uğurlu adlandırıb.
Eyni zamanda o, yayda keçiriləcək parlament seçkilərində partiyasını dəstəkləməyə çağırıb.
Qeyd edək ki, seçki məntəqələrindən daxil olan ilkin məlumatlara görə, Emmanuel Makron 57,6 faiz, onun rəqibi, ifrat sağ təmayüllü “Milli Birlik” partiyasının lideri Marin Le Pen isə 42,4 faiz səs toplayıb.
Fransa Konstitusiya Məhkəməsi seçkilərin rəsmi nəticələrini aprelin 27-də elan edəcək.