
Senzor.az bildirir ki, bu barədə Zelenskinin Mətbuat xidməti məlumat yayıb.
Bununla yanaşı, Zelenski öz rəsmi “İnstaqram” hesabında görüşdən fotolar paylaşıb və toplantı zamanı müzakirə olunan məsələləri açıqlayıb: “Dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin ilə müdafiə yardımı, Rusiyaya qarşı sanksiya siyasətinin gücləndirilməsi, Ukraynaya maliyyə dəstəyi və təhlükəsizlik zəmanətləri məsələlərini müzakirə etdik”.


