“Mənim Bakıda avtomobil qəzası törətməyim barədə məlumatın heç bir əsası yoxdur”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu idarə etdiyi BMW markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı maşını vurması barədə xəbərlərlə bağlı deyib.
Diplomat bildirib ki, Xəqani küçəsində hərəkətdə olarkən “Mercedes”in sürücüsü onun maşının vurulduğunu iddia edib: “Mən də onun maşınına yaxınlaşdım, bildirdim ki, hansı hissədən vurduğumu, toxunmanın izlərini, maşına dəyən ziyanı göstərsin. Göstərə bilmədi, çünki belə şey olmayıb. Mən heç bir qəza törətməmişəm”.
**17:30
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda qəza törədib.
Oxu.az-ın əldə etdiyi məlumata görə, P.Bülbüloğlu idarə etdiyi BMW markalı, diplomatik nömrəli avtomobillə eyni istiqamətdə hərəkət edən, taksi fəaliyyəti ilə məşğul olan “Mercedes-Benz” markalı maşını arxadan vurub.
Qəza Səbail rayonu Xəqani küçəsində baş verib.
Hadisə nəticəsində avtomobillərə cüzi maddi ziyan dəyib.
Senzor.az-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polis İdarəsi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Bakıda qəza törətməsinə münasibət bildirib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib ki, qeyd olunan hadisə ilə bağlı quruma sürücülər tərəfindən məlumat verilməyib: “Hadisə zamanı heç bir avtomobilə ciddi ziyan dəyməyib. Onlar öz aralarında razılaşıblar. Bu vəziyyətdə inzibati xəta tərkibi yaradan hal isə yalnız 327.1-ci (ara məsafəsinin gözlənilməməsi) maddənin tələbinin pozulmasıdır”.
“Qəza zamanı maddi ziyan yoxdursa, tərəflər öz aralarında razılaşıblarsa, burada əlavə qanun pozuntusundan söhbət gedə bilməz”, - deyə o qeyd edib.