
Məlumatı “RİA Novosti” yayıb.
“Birincisi, Fransada keçirilən seçkiləri yüksək qiymətləndirirəm. İkincisi, dünən axşam Makronla danışmağa çalışdım. Ancaq onun köməkçiləri ilə danışa bildim. Özü isə Eyfel qülləsində qələbəsini qeyd edirdi”, - deyə Bayden vurğulayıb.
Xatırladaq ki, bazar günü Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Makron prezidentlik uğrunda ifrat sağçı Marin Le Penlə mübarizə aparıb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, Makron 58,54%, Le Pen isə 41,46% səs toplayıb.