Bu gün İrəvanda tələbələr növbəti etiraz aksiyası keçiriblər.
Azvision.az bildirir ki, aksiyanı "Şimal Universiteti" ərazisində davam etdirən gənclərin separatçı davranışları gərginliyə səbəb olub.
Universitetin rektoru tələbələrin qarşısını kəsərək onlara keçmiş qondarma rejim "Artsax"ın bayrağını təhsil ocağı ərazisində asmağa icazə verməyib.
O qeyd edib ki, “Əgər məsələ bu bayrağın asılması ilə həll olunsaydı, "Artsax bayrağı" bütün Ermənistanda, ölkənin əksər hissəsinin eyvanlarından asılardı. Hazırda biz bunu əsaslı addım hesab etmirik”.
O, tələbələrin “Ayıb olsun” şüarlarına isə belə cavab verib ki, kimsə bayraq qaldırmamağın xəyanət olduğunu sübut edə bilməz. "Fəaliyyətinizi başqa sahədə aparın, bura özəl qurumdur”,- rektor əlavə edib.