
Senzor.az bildirir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk məlumat verib.
“Yeni əsir mübadiləsi baş verdi, 45 nəfər Rusiya əsirliyindən azad edildi” – deyə nazir “Telegram”da yazıb.
O, azad olunanlardan 33 nəfərin hərbçi, 12 nəfərin isə mülki şəxs olduğunu bildirib. Vereşçuk hərbçilərdən beşinin yaralı olduğunu da qeyd edib.