Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Ramazan bayramı münasibətilə paylaşım edib.
Senzor.az bildirir ki, paylaşımda deyilir:
"Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində edilən bütün duaların, diləklərin və saf niyyətlərin qəbul olunmasını arzulayıram. Uca Tanrı hər kəsə möhkəm cansağlığı və səadət, Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin!"