"Ötən sutka Donbasda Rusiyanın 10 hücumu dəf edilib"
UKRAYNA BAŞ QƏRARGAHI
Üzbəüz
Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində Rusiya hərbçilərinin Donetsk və Luqansk istiqamətində 10 hücumunu dəf edib, habelə 2 tankını, 17 artilleriya sistemini, 38 zirehli döyüş maşınını və 10 avtomobilini zərərsizləşdirib. Senzor.az bildirir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı yeni məlumatda belə deyilir.
Bildirilib ki, son sutkada Rusiyanın 10 “Orlan-10” PUA-sı da sıradan çıxarılıb.