Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail Prezidenti İsxak Hersoq arasında telefon danışığı olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrailin Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, Hersoq Ərdoğan və Türkiyə xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
Hersoq vurğulayıb ki, hər iki xalqın mənafeyi naminə əməkdaşlığı davam etdirmək lazımdır.
Eyni zamanda Ərdoğanın İsrailin müstəqillik günü münasibətilə Hersoqa təbrik məktubu göndərdiyi də qeyd edilir. Türkiyə lideri məktubunda qeyd edib ki, İsrail Prezidentinin mart ayında Türkiyəyə səfəri iki ölkə arasında əməkdaşlığa, qarşılıqlı milli maraqlara, regional sülh və sabitliyə, münasibətlərin inkişafına təkan verəcək.