İsrailin xarici işlər naziri Yair Lapid rusiyalı həmkarı Sergey Lavrovun İtaliya televiziyasına verdiyi müsahibədə dediklərini “bağışlanmayan və qalmaqallı bəyanat” adlandırıb və Rusiya hakimiyyətindən üzr istəməsini tələb edib.
Bu barədə “Times of Israel” qəzeti yazıb.
“Hitlerin yəhudi olduğunu söyləmək, yəhudilərin özlərinin özlərini öldürdüyünü söyləmək kimi bir şeydir. Bu bağışlanmaz, hiddət doğuran və qalmaqallı bəyanatdır, dəhşətli tarixi səhvdir və üzrxahlıq gözləyirik. Biz Rusiya ilə yaxşı münasibətlər saxlamaq üçün çox çalışırıq, amma bir xətt var və bu dəfə də sərhədi keçiblər. Rusiya hökuməti bizdən və yəhudi xalqından üzr istəməlidir”, - deyə nazir bildirib.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskini Adolf Hitlerlə müqayisə edib. O, xüsusən də Zelenskinin yəhudi mənşəli olmasını vurğulayaraq deyib: “Hitlerin də yəhudi qanı olub”.