Ermənistanda Paşinyan əleyhinə etirazlar davam edir - ROBERT KÖÇƏRYANIN OĞLU SƏRBƏST BURAXILDI
YENİLƏNİB, FOTO/VİDEO
Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirən müxalifət tərəfdarları hökumət binasına çatıblar.
 
"RİA Novosti" xəbər verir ki, polis əməkdaşları hökumət binası qarşısında canlı sədd qurublar.
 
İrəvanın mərkəzində etiraz aksiyalarında saxlanılanların sayı 117 nəfərə çatıb.
 
“Hayastan” fraksiyasının üzvü İşxan Saqatelyan yerli vaxtla 19:00-da “Fransa” meydanında mitinq keçiriləcəyini bəyan edib.
 
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan isə artıq sərbəst buraxılıb.
 
**11:14

“Müqavimət” hərəkatının iştirakçıları İrəvanın mərkəzində Baqramyan prospektini növbəti dəfə bağlayıblar.
 
“Sputnik Armeniya” xəbər verir ki, əraziyə gələn polis əməkdaşları etirazçıların bir qrupunu yoldan uzaqlaşdırıb, digərləri isə saxlanılıb.
 
Saxlanılanlar arasında Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan da var.


**10:18

Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbilə keçirilən vətəndaş itaətsizliyi aksiyaları davam etməkdədir.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu gün səhər bir qrup müxalifət fəalı İrəvanın mərkəzi küçələrindən birini - Komitası bağlayıb. Aksiyada Ermənistanın ilk dəfə ikinci prezident Robert Köçəryanın oğlu Levon Köçəryan da iştirak edib. Fəallar məşəl yandırıblar.  
Hüquq-mühafizə orqanları fəallara küçəni təmizləmək və nəqliyyatın hərəkətini bərpa etmək üçün 5 dəqiqə vaxt verib. Bundan sonra hüquq-mühafizə orqanları fəalları geri çəkməyə başlayıb.
 
Müqavimət hərəkatının üzvləri təhlükəsizlik qüvvələri ilə qarşı-qarşıya qalmayıb və şəhərin mərkəzinə doğru irəliləyiblər.
 
Ermənistan mediası təkcə dünənki aksiyalarda 200-ə yaxın etirazçının saxlandığını yazır.
 
İrəvanda təxminən iki həftədir baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyaları davam edir. Müxalifət onun başçılıq etdiyi hökuməti Qarabağ məsələsində yolverilməz güzəştlərə getməkdə ittiham edir.
 
Etirazçılar İrəvanda "Paşinyan - satqın", "Paşinyan - Azərbaycan və Türkiyə maraqlarına xidmət edir", "Ayağa qalx, Ermənistan", "Nikol-türk" çağırışları ilə yürüşlər keçirir, şəhərin bir hissəsini o biri hissəsi ilə birləşdirən körpüləri, küçə və prospektləri bağlayıb nəqliyyatın hərəkətini iflic etməyə çalışırlar.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.